×

News

News 07 Apr 2017
ADNSU-nun rektoru universitetin Geofizika kafedrasında olub

Aprelin 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Geofizika” kafedrasında olub. Kafedra əməkdaşları, professor və müəllim heyəti ilə görüşən rektor tədris prosesi, imtahanlar, tələbələrin gündəlik təcrübəyə cəlb olunması, kollokviumların keçirilməsi, imtahan biletlərinə qoyulan tələblərin yerinə yetirilməsi, açıq dərslərin təşkili və eləcə də beynəlxalq elmi layihələrin həyata keçirilməsi, elmi layihələrin dərc olunması məsələrini müzakirə edib. Sadalanan mövzularla bağlı kafedra işçilərinə tövsiyyələrini verən rektor M.Babanlı  qarşıda duran problemlərin həlli yollarını müzakirə edib.  Nəzərdə tutulan bir sıra yeni layihələr haqqında işçilərə ətraflı məlumat verib, onların problemlərini və arzu, istəklərini dinləyib. Rektor yeni layihələrdən danışarkən həmçinin qeyd edib ki, bu yaxınlarda universitetdə köhnə kitabların bərpası ilə bağlı, yəni kirildən latın qrafikasına keçilməsi ilə bağlı xüsusi proqram hazırlanır. Bu proqram vasitəsilə kiril əlifasında olan köhnə kitablar yenilənəcək və tələbələrin istifadəsinə veriləcək. Rektor həmçinin qeyd edib ki, tələbələrin yaxşı oxuması və əlaçı olması üçün onlara şərait yaradılmalıdır. Tədbirin sonunda kafedranın maddi texniki bazasının yenilənməsi, dərs otaqlarının və laboratoriyaların yeni avadanlıqlarla təmin olunması, həmçinin professor və müəllim heyətinin tədris zamanı rast gəldiyi problemlərdən danışılıb və geniş müzakirələr aparılıb.


Share