Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Rəqəmsal Texnologiyalar fakültəsinin Kompüter elmləri və Kompüter mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrindən ibarət “AZI Core6” komandası Al-Khawarizmi Tour 2026 çərçivəsində ilk dəfə təşkil olunan beynəlxalq hakatonda (HaT@ AKT26) “Dünyanın digər ölkələri” (Rest of the World) kateqoriyası üzrə birinci yerə layiq görülüb.
Əsasən Yaxın Şərq və Şimali Afrika ölkələrini əhatə edən Al-Khawarizmi Tour təşəbbüsü yüksək məhsuldarlıqlı hesablamalar(HPC) və süni intellekt (AI) sahələrində gənc istedadların inkişafına, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və innovativ həllərin təşviqinə xidmət edir.
Mərakeş, Tunis və Misir üzrə ayrıca kateqoriyaların müəyyən edildiyi müsabiqədə Azərbaycanı təmsil edən “AZI Core6”komandası dünyanın digər ölkələrindən olan iştirakçılar arasında birinci yerə yüksəlib.
ADNSU-nun “AZI Core5” komandasının ISC 2026 beynəlxalq Tələbə Klaster Müsabiqəsində iştirakından sonra “AZI Core6”komandasının bu uğuru universitetdə yüksək məhsuldarlıqlı hesablamalar və süni intellekt ekosisteminin inkişafı istiqamətində növbəti mühüm nailiyyətdir.