Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Sənaye mühəndisliyi fakültəsinin tələbəsi Elmir İsmayıllı MMA və Grappling üzrə keçirilən respublika turnirində uğurla çıxış edərək birinci yerə layiq görülüb.
66 kq çəki dərəcəsində mübarizə aparan Elmir İsmayıllı rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi olub. Yarışda nümayiş etdirdiyi yüksək fiziki hazırlıq, texniki bacarıq və əzmkarlıq onun uğurlu çıxışında mühüm rol oynayıb.