Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) sənaye nümayəndələrinin iştirakı ilə tədris prosesinin təşkili çərçivəsində Sənaye mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr üçün maarifləndirici dərs keçirilib.
11 noyabr 2026-cı il tarixində keçirilən dərsdə SGS şirkətinin NDT üzrə layihə rəhbəri Tural Səfərov tələbələrə qeyri-dağıdıcı sınaq (NDT – Non destructive testing) mövzusunda ətraflı məlumat verib.
Dərs zamanı NDT-nin əsas metodları, onların sənayedə tətbiq sahələri və istehsalat proseslərində keyfiyyətə nəzarətin təmin olunmasındakı rolu izah edilib. Həmçinin bu metodların sənaye obyektlərinin və materialların texniki vəziyyətinin qiymətləndirilməsində əhəmiyyəti diqqətə çatdırılıb.