×

News

News 08 Apr 2017
ADNSU-da fənn olimpiadası keçirilib

Aprelin 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində buraxılış siniflərinin (yalnız XI sinif) şagirdləri üçün Riyaziyyat, Fizika, Kimya və İnformatika fənn olimpiadalarının yekun mərhələsi keçirilib.

Olimpiada gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və onların peşə yönümünün istiqamətləndirilməsi məqsədilə keçirilib.

Azərbaycan və rus dillərində təşkil olunan olimpiadada riyaziyyat fənni üzrə 99, kimya üzrə 65, fizika üzrə 81 və informatika üzrə 14 şagird iştirak edib. İmtahan yazılı formada aparılıb.

Ən yüksək nəticə göstərən şagirdlər mükafatlandırılacaq.


Share