×

News

News 11 Apr 2017
ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Aprelin 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Konservatoriyasının rektoru, professor, bəstəkar Səyavuş Kərimi ilə görüş keçirilib. Qonağı salamlayan ADNSU-nun rektoru, professor Mustafa Babanlı onu universitetdə görməkdən məmnun olduğunu deyib.

Tanınmış elm xadimləri və simalarla görüşlərin ADNSU-da ənənə halı aldığını qeyd edən rektor M.Babanlı Azərbaycan Milli Konservatoriyasıanın rektoru S.Kərimi ilə keçirilən görüşün universitetlər arasındakı əlaqələrin inkişafına təkan verəcəyini bildirib. O öz sahələrində uğur qazanmış insanların tələbələrlə görüşlərinin və öz təcrübələrini bölüşməsinin əhəmiyyətini qeyd edib. Rektor M.Babanlı ali məktəblər arasında əməkdaşlığın mühüm önəm kəsb etdiyini qeyd edərək ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında imzalanacaq əməkdaşlıq memorandumunun əhəmiyyətini vurğulayıb.

40 ildən sonra  yenidən doğma məkanda olmaqdan qürur hissi keçirdiyini deyən rektor, professor S.Kərimi ADNSU-nun akt zalında illər öncə bir çox konsert proqramları ilə çıxış etdiklərini deyib. Atasının da vaxtilə neftçi olduğunu qeyd edən professor S.Kərimi bunun üçün də ADNSU-nun ali təhsil ocaqları arasında onun üçün xüsusi yeri olduğunu diqqətə çatdırıb. O ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında imzalanacaq memorandumun bu günün əlamətdarlığını daha da artırdığını söyləyib.

Sonra iki ali məktəb arasında əməkdaşlıq memorandum imzalanıb. Tədbir konsert proqramı ilə davam edib.


Share