×

News

News 12 Apr 2017
ADNSU-nun rektoru “Neft-qaz mühəndisliyi” kafedrasının əməkdaşları ilə görüşüb

Aprelin 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Neft-qaz mühəndisliyi” kafedrasında olub.

Kafedranın əməkdaşları ilə görüşən rektor onlarla tədris prosesi, elmi fəaliyyət, beynəlxalq məsələlər, təlim-tərbiyə işləri, təsərrüfat və digər məsələləri müzakirə edib. Rektor, professor M.Babanlı həmçinin elektron universitet, ADNSU-da tətbiq olunan gündəlik təcrübə proqramı, antiplagiat sistemi və s. mövzulardan danışıb.

“Neft-qaz mühəndisliyi” kafedrasının əməkdaşlarına universitetdə həyata keçirilməsi planlaşdırılan bir sıra layihələr haqqında məlumat verən rektor, prof. Mustafa Babanlı bu yaxınlarda universitetdə kiril qrafikasından latın qrafikasına keçilməsi ilə bağlı xüsusi proqram hazırlandığını, bu proqram vasitəsilə kiril əlifasında olan köhnə kitabların yenilənərək tələbələrin istifadəsinə veriləcəyini qeyd edib.

Görüşdə “Neft-qaz mühəndisliyi” kafedrasının əməkdaşları onları maraqlandıran mövzular haqqında rektora suallar veriblər.

Universitetin kafedralarının fəaliyyəti ilə yaxından maraqlandığı üçün rektor Mustafa Babanlıya öz minnətdarlığını bildirən “Neft-qaz mühəndisliyi” kafedrasının müdiri, professor Tulparxan Salavatov ona kafedra əməkdaşları adından Azad Mirzəcanzadənin kitabını hədiyyə edib.

Qeyd edək ki, bu cür silsilə görüşlər kafedralardakı mövcud vəziyyət, burada tətbiq olunan yeniliklər, tədrisdə professor-müəllim heyətinin qarşısında duran problemlərin həll edilməsi və s. məqsədlə keçirilir.


Share