×

News

News 14 Apr 2017
ADNSU-da ulu öndər Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş məqalə müsabiqəsi keçirilir

Aprelin 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın nümayəndələri ilə görüş keçirilib. Tədbirdə komitənin sədr müavini Sədaqət Qəhrəmanova, ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, universitetin YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova və tələbələr iştirak edib.

Ata Babayev Ulu Öndər Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın təşəbbüsü ilə “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda keçirilən məqalə müsabiqəsi haqqında məlumat verib. A.Babayev bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı tələbələrin yaradıcılıq imkanlarının üzə çıxarmaqdır.

Ulu öndər Heydər Əliyevin qadınların cəmiyyətdə statuslarının müəyyən olunması, hüquqlarının müdafiəsi barədə imzaladığı sərəncamlardan danışan Sədaqət Qəhrəmanova bu məqsədlə 1998-ci ildə ölkədə qadın siyasətini həyata keçirmək məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını bildirib.

ADNSU-nun YAP ilk təşkilatının sədri Tamilla Naibova bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, prezident İlham Əliyevin davam etdirdiyi siyasət sayəsində bu gün Azərbaycan qadını ölkə həyatının hər bir sahəsində, strukturda fəal təmsil olunur.

Sonra ADNSU-nun tələbəsi Aysel Ələkbərova “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda yazdığı məqaləni tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın nümayəndələri tələbələrinin suallarını cavablandırıblar.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən tələbələr 30 aprel 2017-ci il tarixinə qədər məqalələrini və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, təhsil aldığı müəssisə) meqalemusabiqe@gmail.com elektron ünvanına göndərə bilərlər. Müsabiqəyə təqdim olunacaq məqalələr arial şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır.Məqalələr azərbaycan və rus dillərində təqdim oluna bilər. Müsabiqənin qalibləri mükafatlandırılacaq.


Share