Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Rusiyanın Ufa Dövlət Neft Texniki Universitetinin keçirdiyi “Qızıl qələm” adlı I Beynəlxalq onlayn tərcümə müsabiqəsində uğurla iştirak edib.
Müsabiqə tələbələrin xarici dillərə marağının artırılması, onların dil biliklərinin inkişaf etdirilməsi, universitetlərin xarici dil kafedraları arasında əlaqələrin qurulması məqsədi ilə keçirilib. Müsabiqədə hər universitetdən 2 nəfər tələbə iştirak edib. Onlayn rejimdə keçirilən olimpiadada iştirakçılar onlara ingilis dilində verilən mətnləri rus dilinə çevirməli olublar.
ADNSU adından olimpiadada iştirak edən 1-ci kurs tələbəsi Aydın Səmədov fəal iştirakına görə fəxri fərmanla təltif olunub.