×

News

News 28 Apr 2017
ADNSU-da Xaricdə Təhsil Məlumat Günü keçirilib

Aprelin 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Beynəlxalq Əməkadaşlıq Şöbəsinin təşkilatçılığı ilə ali məktəbin akt zalında Xaricdə Təhsil Məlumat Günü keçirilib. Tədbirdə Almaniyanın DAAD proqramının Bakı ofisinin, Türkiyə Koreya, Böyük Britaniya, Macarıstan, İsveçrə, ABŞ və Norveç səfirliklərinin nümayəndələri iştirak ediblər. Onlar təmsil etdikləri ölkələrdəki ali təhsil ocaqları, təhsil proqramları, univesritetlərə daxil olma qaydaları, əcnəbi tələbələr üçün təklif olunan ixtisaslar və eləcə də yaradılan şərait haqqında tələbələrə ətraflı məlumat veriblər. Hər bir səfirlik nümayəndəsi və təhsil işləri üzrə mütəxəssis tələbələr üçün daha fərqli fürsətlər təqdim etmək və  öz ölkələri haqqında ətraflı məlumat vermək üçün təqdimatla çıxış ediblər. Daha sonra təhsillərini xaricdə davam etdirmək istəyən tələbələrin sualları cavablandırılıb.


Share