×

Xəbərlər

Xəbərlər 28 Apr 2017
ADNSU kollektivi “Vəsiyyət” tamaşasını izləyib

Aprelin 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kollektivi  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Vəsiyyət” tamaşasını izləyib. Tamaşada ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin prorektorları, eləcə də professor-müəllim heyəti və əməkdaşları iştirak edib. Tamaşaçıların böyük maraqla izlədiyi “Vəsiyyət“ tamaşası yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilib. İkihissəli tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq Rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Səhnə əsərində rolları əməkdar artistlər Abbas Qəhrəmanov, Mirzə Ağabəyli, Münəvvər Əliyeva, Almaz Amanova, Aslan Şirin, Sevinc Əliyeva, Kazım Həsənquliyev, aktyorlar Rövşən Kərimduxt, Ləman İmanova, Rüstəm Rüstəmov, Elçin Əfəndi, İlahə Həsənova, Fəridə Şahbazova və Ramin Şıxəliyev ifa ediblər.

Qeyd edək ki, tamaşada Dövran adlı milyonçunun öz yaxınlarına vəsiyyətindən bəhs edilir.  Tamaşada gülüş doğuran hadisələrlə yanaşı, var-dövlət hərisliyini kəskin tənqid edən məqamlar da yer alıb. 


Paylaş