×

News

News 30 Nov -0001
ADNSU ilə Şanxay Universiteti arasında əməkdaşlıq genişlənir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində rektor, professor Mustafa Babanlı ilə Şanxay Universitetinin səlahiyyətli nümayəndəsi doktor Renying Li arasında görüş keçirilib. Rektor universitetdəki tədris sistemi və islahatlar barədə qonağa məlumat verib.

Qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirə olunduğu görüşdə əsas mövzu iki ali məktəb arasında münasibətlərin qurulması və inkişaf etdirilməsi olub. Tərəflər həmçinin çinli tələbələrin ADNSU-da təhsil alması üçün imkanların genişləndirilməsi, birgə elmi araşdırılmaların aparılması, universitet yataqxanasının tikilməsinə investisiya ayrılması kimi məsələləri də müzakirə ediblər. Görüşdə ADNSU professorlarının Şanxay Universitetində tədris prosesində iştirakına şərait yaradılması ilə bağlı razılıq əldə olunub.

Çin Xalq Respublikası ilə əməkdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluğun ifadə olunduğu görüşdə Renying Liyə ADNSU-nun Çində təmsilçisi olması barədə sertifikat verilib. Renying Li ADNSU ilə əməkdaşlığın gələcək inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.


Share