×

News

News 27 Jan 2017
ADNSU-nun rektoru Ufa Dövlət Neft Texniki Univeristetində təhsillərini davam etdirəcək tələbələrlə görüşüb

Yanvarın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı yaz semestrində təhsillərini Ufa Dövlət Neft Texniki Universitetində (UDNTU) davam etdirəcək tələbələrlə görüşüb. Rektor M.Babanlı ADNSU-da tələbə mübadiləsi sahəsində əməkdaşlığa xüsusi önəm verilidyini qeyd edərək UDNTU ilə ikitərəfli əlaqələrin yüksək əhəmiyyət daşıdığını bildirib. UDNTU ilə əməkdaşlığın tarixindən danışan rektor M.Babanlı bu əlaqələrin Azərbaycanın tanınmış akademiki Azad Mirzəcanzadənin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.
Rektor, professor M.Babanlı tələbələrin xarici universitetlərdə ali təhsil almaq imkanı qazanmasının ADNSU ilə yanaşı Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Rektor tələbələrə yeni biliklər əldə etməyi, öz üzərlərində müntəzəm işləməyi və eyni zamanda qürbət ölkədə doğma vətəni layiqincə təmsil edərək yüksək nəticələrlə Azərbaycana dönməyi tövsiyə edib.
Qeyd edək ki, ADNSU-nun 4 tələbəsi – Şıxəliyev Rəşad, Qasımov Emil, Məmmədli Zaur, Cəbrayılzadə Fərhad 2016/2017-ci il tədris ilinin yaz semestrində təhsillərini Rusiyanın Ufa Dövlət Neft Texniki Universitetində davam etdirəcəklər.


Share