×

News

News 30 Jan 2017
ADNSU-nun Neft-mexanika fakültəsinin 4 tələbəsi təhsillərini Ufada davam etdirəcək

ADNSU-nun Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov 2016/2017-ci tədris ilinin yaz semestrində təhsillərini Ufa Dövlət Neft Texniki Universitetində davam etdirəcək tələbələrlə (Cəbrayılzadə Fərhad, Məmmədli Zaur, Qasımov Emil, Şıxaliyev Rəşad) görüşüb. Tələbələri qazandıqları uğur münasibətilə təbrik edən dosent Əli Hikmət Əhmədov onlara təhsillərində daha böyük nailiyyətlər əldə etməyi arzulayıb. Tələbələrin uğurunu ADNSU-dakı islahatların nəticəsi kimi səciyyələndirən Ə.Əhmədov növbəti illərdə universitetlərarası qarşılıqlı əməkdaşlıq çərçivəsində mübadilə proqramında iştirak edən tələbələrin sayının daha da artacağını qeyd edib.  

 


Share