×

News

News 08 Feb 2017
ADNSU-nun rektoru Meksikanın CETYS universitetinin kampusları və maddi-texniki bazası ilə tanış olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, prof. Mustafa Babanlı Universitet Rektorları Beynəlxalq Assosiasiyasının yarımillik iclasında iştirak etmək üçün ABŞ və Meksikaya səfəri çərçivəsində Meksikanın CETYS universitetində olub. Fevralın 4-də ADNSU rektoru M.Babanlı Universitet Rektorları Beynəlxalq Assosiasiyasının digər üzvləri ilə birlikdə CETYS universitetinin Tixuana və Ensenada kampuslarını ziyarət edib, universitetin maddi-texniki bazası və obyektləri ilə tanış olublar. Həmin gün keçirilən panellərdə bir çox ölkələrdən olan rektorlar ali təhsildə innovasiyaların tətbiq edilməsi, startapların əhəmiyyəti  barədə fikir mübadiləsi aparıblar. 

Qeyd edək ki, Mustafa Babanlı 2016-cı ildən Universitet Rektorları Beynəlxalq Assosiasiyasının üzvüdür. San Dieqo Universiteti (ABŞ) və CETYS Universitetinin (Meksika) həmtəşkilatçılığı ilə 1-5 fevral tarixlərində Universitet Rektorlarının Beynəlxalq Assosiasiyasının yarımillik iclası keçirilib. Bu yaxınlarda qurum tərəfindən Mustafa Babanlının şəxsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə regional koordinatorluq və növbəti iclasın 2018-ci ildə Bakıda keçirilməsi təklif olunub.


Share