×

News

News 08 Feb 2017
ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir

Fevralın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Banqladeşin Stamford Universitetinin rektoru doktor Aşok Gupta ilə görüşüb.  Görüşdə rektor M.Babanlı universitetdəki tədris prosesi və keçirilən islahatlar haqqında qonağa məlumat verib. Universitetdə texniki yönümlü ixtisaslarla yanaşı hazırda aktuallıq və əhəmiyyət kəsb edən ixtisaslar üzrə də tədrisin aparıldığını söyləyən rektor M.Babanlı təcrübəyə xüsusi önəm verildiyini qeyd edib.

“Bizim üçün tələbələrin təcrübə prosesini təşkil etmək olduqca önəmlidir. Texniki profilli universitet olduğumuz üçün təcrübəyə və laboratoriya dərslərinə xüsusi əhəmiyyət veririk. Son vaxtlar qeyri–neft yönümlü ixtisasların tədrisinə də xüsusi yer ayırmışıq” - deyə rektor, professor M.Babanlı deyib.

Qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirə olunduğu görüşdə Banqladeşli tələbələrin ADNSU-da təhsil alması üçün imkanların genişləndirilməsi, birgə elmi araşdırmaların aparılması, eləcə də xarici tələbələrin yerləşdirilməsi üçün universitet yataqxanasının tikilməsi əməkdaşlıq kimi məsələlər müzakirə olunub. Görüşdə ADNSU-nun Banqladeşdə filialının açılması və professorlarının Banqladeşin Stamford Universitetinin tədris prosesində iştirakına şərait yaradılması məsələsinə dair razılıq əldə olunub.

Banqladeş Stamford Universitetinin rektoru Aşok Gupta ADNSU ilə əməkdaşlığın gələcək inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.


Share