×

News

News 10 Feb 2017
ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

Fevralın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Erasmus+ proqramı çərçivəsində təhsilini Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTU) davam etdirəcək İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin III kurs tələbəsi Mürşüd Əzimovla görüşüb.

ADNSU-da tələbə mübadiləsi sahəsində əməkdaşlığa xüsusi önəm verilidyini deyən rektor M.Babanlı tələbələrin təhsillərini xarici universitetlərdə davam etdirmək imkanı qazanmasının ADNSU üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Rektor M.Babanlı Mürşüd Əzimova ODTU-da təhsil alacağı müddətdə yeni biliklər əldə etməyi, öz üzərində müntəzəm işləməyi və yüksək nəticələrlə Azərbaycana dönməyi tövsiyə edib.


Share