×

Xəbərlər

Xəbərlər 23 Oct 2025
ADNSU Kitabxana-İnformasiya Mərkəzi “Açıq Əlyetərlilik həftəsi”nin (Open Access Week) elmi resurslarını oxuculara təqdim edir

ADNSU Kitabxana-İnformasiya Mərkəzi “Açıq Əlyetərlilik həftəsi”nin (Open Access Week) elmi resurslarını oxuculara təqdim edir.

20–26 oktyabr 2025-ci il tarixlərində beynəlxalq səviyyədə, o cümlədən Azərbaycanda da qeyd olunan “Açıq Əlyetərlilik həftəsi” (Open Access Week) bu il “Biliklərimiz kimə məxsusdur?” mövzusu ətrafında keçirilir. Bu həftə çərçivəsində alimlər, tədqiqatçılar, kitabxanalar və universitetlər elmi biliklərin, tədqiqatların və təhsil resurslarının açıq paylaşımı, rəqəmsal məlumat bazalarına ödənişsiz, sərbəst, maneəsiz çıxış əldə edəcəklər.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kitabxana-İnformasiya Mərkəzi bu təşəbbüsə qoşulub və universitetin professor-müəllim heyətinin, həmçinin kitabxana oxucularının “Açıq Əlyetərlilik həftəsi”ndə (Open Access Week) elmi və akademik məlumatlardan istifadə etmələrinə dəstək olur. “Açıq Əlyetərlilik həftəsi” (Open Access Week) çərçivəsində tədqiqatçılar elmi bazalardan açıq istifadə etməklə yanaşı, həm də öz məqalələrini bu bazalarda yerləşdirmək imkanı qazanacaqlar.

Verilmiş linklər vasitəsilə “Açıq Əlyetərlilik həftəsi”nə (Open Access Week) daxil olan elmi bazalardan yararlana bilərsiniz.

Qeydiyyat linki: https://asoiu.edu.az/open_access_week

 


Paylaş