×

News

News 13 Feb 2017
ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti buraxılış siniflərinin (yalnız XI sinif) şagirdləri üçün 2017-ci ilin aprelin 8-də keçiriləcək Riyaziyyat, Fizika, Kimya və İnformatika fənləri üzrə olimpiadiaya iştirakçıların qeydiyyatını davam etdirir.

Olimpiada gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və onların peşə yönümünün istiqamətləndirilməsi məqsədi ilə keçirilir.

Azərbaycan və rus dillərində keçiriləcək olimpiadada hər şagird yalnız bir fənn üzrə iştirak edə bilər. Olimpiada yazılı formada aparılır.

Olimpiadada iştirak etmək üçün iştirakçılar asoiu.edu.az saytında olimpiada bölməsini seçir, özü haqqında məlumatları və seçdiyi fənni qeyd edir.

Olimpiadanın keçirilməsinə bir həftə qalmış iştirakçılar həmin sayta daxil olaraq öz kodlarına əsasən buraxılış vərəqi çap etməlidirlər. İştirakçılar binaya daxil olarkən şəxsiyyət vəsiqəsi, buraxılış vərəqi və uyğun qələmlərlə gəlməlidirlər. Olimpiadaya mobil telefonlar və digər vasitələrlə gəlmək qadağandır.

Məlumat üçün 4938340 nömrəli telefonla əlaqə saxlamaq olar.

 


Share