“Quacquarelli Symonds (QS)” reytinq agentliyi dünyanın ənyaxşı universitetlərinin 2026-cı il üçün fənn sahələri üzrə reytinqcədvəlini dərc edib. Azərbaycan Dövlət Neft və SənayeUniversiteti (ADNSU) dünyanın ən nüfuzlu ali təhsilreytinqlərindən biri hesab olunan QS reytinqinin 2026-cı il nəticələrində iki fənn üzrə qlobal siyahıya daxil olub.
Reytinqin nəticələrinə əsasən ADNSU neft mühəndisliyiistiqaməti üzrə 101–150, Kompüter elmləri və informasiyasistemləri istiqaməti üzrə isə 451–500 intervalında qərarlaşıb.
2026-cı il buraxılışında dünya üzrə 6200-dən çox ali təhsilmüəssisəsi təhlil olunub. Onlardan 1912 universitet 55 müxtəliffənn istiqaməti üzrə qlobal reytinq siyahısına daxil edilib.
Əldə olunan nəticələr universitetin xüsusilə mühəndislik vətexnologiya sahələrində akademik potensialının və elmifəaliyyətinin beynəlxalq səviyyədə tanındığını göstərir.
Neft mühəndisliyi istiqaməti üzrə əldə olunan mövqeuniversitetin bu sahədə qlobal reytinqdə yer alan əsas ixtisasistiqamətlərindən biri kimi mövqeyini qoruduğunu nümayişetdirir. Bundan əlavə, ADNSU 2024-cü ildə də fənn sahələriüzrə QS reytinqində neft mühəndisliyi istiqaməti üzrə qlobalsiyahıya daxil olmuşdu.
Kompüter elmləri sahəsisində isə 2020–2024-cü illər ərzindəuniversitet alimləri tərəfindən 500-dən çox elmi məqalə dərcolunub və bu tədqiqatlar minlərlə elmi istinad əldə edib. Eynizamanda sahə üzrə 356 müəllifin elmi fəaliyyəti qeydə alınıb vəorta hesabla hər bir elmi məqaləyə 5-dən çox istinad düşür.
Qeyd edək ki, QS tərəfindən hər il hazırlanan bu reytinq cədvəliuniversitetləri akademik reputasiya, işəgötürən reputasiyası, elmi məqalələrə edilən istinadlar, H-indeksi və beynəlxalq elmiəməkdaşlıq kimi göstəricilər əsasında qiymətləndirir. Bu indikatorlar ali məktəblərin həm tədris, həm də tədqiqatfəaliyyətinin qlobal səviyyədə nə dərəcədə tanındığını göstərir.