×

Xəbərlər

Xəbərlər 08 Nov 2026
ADNSU Şimali Afrikada beynəlxalq təhsil sərgisində təmsil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Şimali Afrikada beynəlxalq təhsil sərgisində təmsil olunub.

Mərakeş Krallığının paytaxtı Rabatda keçirilən sərginin ikinci günü çərçivəsində ziyarətçilərə ADNSU-da tədris imkanları, müasir laboratoriya infrastrukturu, beynəlxalq təhsil proqramları və qəbul qaydaları haqqında ətraflı məlumat verilib.

İştirakçılar universitetin akademik imkanları və təhsil mühiti ilə yaxından tanış olmaq fürsəti əldə ediblər.
ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nigar Adilovanın rəhbərlik etdiyi nümayəndə heyəti ziyarətçilərə universitet haqqında ətraflı məlumat veriblər, onları maraqlandıran sualları cavablandırıblar.


Paylaş