×

Xəbərlər

Xəbərlər 08 Nov 2026
ADNSU-nun kollektivi Zəfər parkını ziyarət ediblər

Noyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəhbərliyi və tələbələri 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər parkını ziyarət edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi anılıb, Zəfər abidəsinin önünə gül dəstələri qoyulub.


Paylaş