Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) QS reytinq agentliyinin fənn sahələri üzrə 2026-cı il nəticələrindəmühüm elmi nailiyyət əldə edib. Universitet kompüter elmlərivə informasiya sistemləri istiqaməti üzrə ilk dəfə qlobal reytinqsiyahısına daxil olub və 451–500 intervalında qərarlaşıb.Həmçinin, bu göstərici Azərbaycan universitetləri arasındahəmin istiqamət üzrə ən yüksək nəticədir.
Bu nəticə universitetdə son illərdə informasiya texnologiyalarıvə rəqəmsal texnologiyalar sahəsində aparılan elmi tədqiqatlarınvə tədris fəaliyyətinin genişlənməsi ilə bağlıdır. Belə ki, 2020–2024-cü illər ərzində kompüter elmləri istiqamətində ADNSU alimləri tərəfindən 534 elmi nəşr hazırlanıb. Bu tədqiqatlara2735-dən çox elmi istinad olunub və sahə üzrə H-indeksi 19 təşkil edir.
Elmi araşdırmaların əsas istiqamətlərinə süni intellekt, qeyri-səlis məntiq modelləri, qərar qəbuletmə sistemləri, maşınöyrənməsi və böyük verilənlərin analizi daxildir. Bu istiqamətlərmüasir rəqəmsal texnologiyaların inkişafında mühüm roloynayan prioritet tədqiqat sahələri hesab olunur.
Qeyd edək ki, ADNSU alimlərinin son illərdə dərc olunan bəzitədqiqatları xüsusilə yüksək elmi təsir göstəricilərinə malikdir. Bu araşdırmalar arasında süni intellekt və “IoT”texnologiyalarının səhiyyə sistemində tətbiqi, ürəkxəstəliklərinin diaqnostikasında süni neyron şəbəkələrindənistifadə, ağıllı şəhər ekosistemlərində kiber-fiziki sistemlərinidarə olunması və səhiyyə sektorunda böyük verilənlərin analizikimi mövzular yer alır. Bu işlər beynəlxalq elmi bazalardayüksək istinad göstəriciləri ilə seçilir.
Kompüter elmləri sahəsində əldə olunan nəticələr universitetdəproqram mühəndisliyi, süni intellekt, kibertəhlükəsizlik vəməlumat analitikası istiqamətlərində yeni təhsil proqramlarınıntətbiqi, müasir laboratoriyaların yaradılması və beynəlxalq elmiəməkdaşlıq layihələrinin genişlənməsi ilə də bağlıdır.