×

Xəbərlər

Xəbərlər 22 May 2026
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti PHŞ doktoranturaya qəbul elan edir

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq 19 may 2026-cı il tarixindən 08 iyun 2026-cı il tarixinədək qeydiyyatdan keçməlidirlər.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytında qeydiyyatdan keçən ADNSU PHŞ-nin Magistratura və doktorantura Mərkəzi tərəfindən sənədləri təsdiqlənmiş şəxslər “Xarici dil” imtahanına buraxılacaqlar.

“Xarici dil” imtahanının Dövlət İmtahan Mərkəzində (DİM) 25 iyun 2026-cı il tarixində keçirilməsi nəzərdə tutulmuşdur. “Xarici dil” imtahanını müvəffəqiyyətlə vermiş doktoranturaya qəbul olmaq istəyən şəxslər üçün “Fəlsəfə” fənni üzrə imtahan 1–3 sentyabr 2026-cı il tarixlərində, ixtisas imtahanı isə 8–10 sentyabr 2026-cı il tarixlərində keçirilməsi planlaşdırılmışdır.

Doktoranturaya qəbul olunmaq istəyən şəxs aşağıdakı sənədləri portala yükləməlidir:

1. Kadrların şəxsi qeydiyyat vərəqəsi

2. Tərcümeyi-hal (imzalı və tarix göstərilməklə)

3. İş yerindən xasiyyətnamə

4. İş stajı olanlar üçün əmək kitabçasından çıxarış (işləyənlər üçün)

5. Çap olunmuş elmi işlərin siyahısı və ya referat

6. Ali təhsil müəssisəsində təhsil almağı haqqında ARAYIŞ (magistraturanın sonuncu təhsil ilində təhsil alanlar üçün) və ya təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə) və diploma əlavə

7. Nəzərdə tutulan elmi rəhbərin yazılı razılığı, və rəyi zəruridir.

Qəbul komissiyası ixtisas uyğunluğunu, nəzərdə tutulan elmi rəhbərin rəyini və təqdim edilən sənədləri yoxladıqdan sonra imtahanlara buraxılmaq haqqında qərar qəbul edir.

https://asoiu.edu.az/upload/2...22.05.2026.İxtisaslar.pdf

 


Paylaş