Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 2026/2027-ci tədris ili üçün təkrar ali təhsil almaq istəyənşəxslərdən sənəd qəbulu elan edir.
Təkrar ali təhsil proqramı artıq bir ali təhsil dərəcəsinə malik olan şəxslərə ikinci ixtisas üzrə təhsil almaq və yeni peşəistiqamətində bilik və bacarıqlar əldə etmək imkanı yaradır. Təhsil ödənişli əsaslarla təşkil olunur.
2026/2027-ci tədris ili üzrə qəbul aşağıdakı ixtisaslar üzrəaparılır:
İqtisadiyyat və idarəetmə istiqamətləri
• Beynəlxalq ticarət və logistika
• Biznesin idarə edilməsi
• İqtisadiyyat
• Marketinq
• Menecment
İnformasiya texnologiyaları və rəqəmsal sahələr
• Kompüter elmləri
• Data analitikası
• İnformasiya texnologiyaları
• İnformasiya təhlükəsizliyi
• Kompüter mühəndisliyi
Mühəndislik və texniki ixtisaslar
• Cihaz mühəndisliyi
• Ekologiya mühəndisliyi
• Elektrik və elektronika mühəndisliyi
• Energetika mühəndisliyi
• Geologiya və geofizika mühəndisliyi
• Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
• Kimya mühəndisliyi
• Qida mühəndisliyi
• Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
• Maşın mühəndisliyi
• Materiallar mühəndisliyi
• Mexanika mühəndisliyi
• Mexatronika və robototexnika mühəndisliyi
• Mədən mühəndisliyi
• Neft-qaz mühəndisliyi
• Proseslərin avtomatlaşdırılması mühəndisliyi
• Radiotexnika və telekommunikasiya mühəndisliyi
• Sənaye mühəndisliyi
Təkrar ali təhsil üzrə müraciətlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az elektron platformasıüzərindən qəbul edilir. Müraciət etmək istəyən şəxslər “Əlavətəhsilə elektron sənəd qəbulu xidməti” bölməsinə daxil olaraqqeydiyyatdan keçməli və tələb olunan sənədləri sisteməyükləməlidirlər.
Elektron müraciət zamanı aşağıdakı sənədlər təqdim olunur:
• Ali təhsil haqqında sənəd (diplom və diploma əlavə).
Elektron qeydiyyat mərhələsini uğurla tamamlayan namizədlərmüsahibə üçün müəyyən edilmiş tarixdə ADNSU-nun QəbulKomissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
• Universitet rektorunun adına ərizə;
• Ali təhsil haqqında diplomun və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surəti və iki nüsxə adi surəti;
• Əmək kitabçasından çıxarış (işləyən şəxslər üçün);
• Şəxsiyyət vəsiqəsinin iki nüsxə surəti;
• 3 ədəd 3x4 ölçülü fotoşəkil;
• Sağlamlıq haqqında arayış (Forma 86);
• Tərcümeyi-hal.
Tədris əyani (axşam) formada təşkil olunur. Dərslər həftənin beşgünü saat 18:30-dan 21:10-dək keçirilir ki, bu da işləyənşəxslərin təhsillərini davam etdirməsinə imkan yaradır.
Ətraflı məlumat üçün müraciət etmək olar: