×

Xəbərlər

Xəbərlər 18 Jun 2026
ADNSU 2026–2027-ci tədris ili üzrə professor-müəllim heyətinə işə qəbul elan edilir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) elm və təhsildə yüksək ixtisaslı və peşəkar kadrların tədris və elmi fəaliyyətə cəlb olunması məqsədilə 2026–2027-ci tədris ili üçün kafedralar üzrə vakant tam ştat, yarım ştat və saathesabı qaydada məşğulluq forması ilə professor-müəllim vəzifələrinə müddətli əmək müqaviləsi əsasında müsabiqə elan edir.

Universitetin fakültə və kafedralarında mövcud olan vakant professor-müəllim vəzifələri üzrə aşağıdakı cədvələ uyğun olaraq ümumilikdə 267,5 ştat vahidi üçün işə qəbul aparılacaqdır.

Tələblər:

  1. Müvafiq ixtisas üzrə minimum magistr təhsilinə malik olmaq (uyğun elmi ad və elmi dərəcənin olması üstünlükdür); 
  2. Minimum 1 il pedaqoji iş təcrübəsinə və ya minimum 2 il müvafiq sənaye/istehsalat təcrübəsinə malik olmaq; 
  3. Müasir tədris metodlarından, rəqəmsal təhsil platformalarından və tədris texnologiyalarından istifadə bacarığına malik olmaq; 
  4. Tədrisin aparılacağı fənnlərə uyğun olaraq Azərbaycan, rus və ingilis dilini akademik səviyyədə bilmək; 
  5. Fənn proqramı (sillabus), tədris materialları və qiymətləndirmə vasitələrinin hazırlanması bacarığına malik olmaq; 
  6. Tələbələrlə effektiv ünsiyyət, təqdimat və auditoriyanın idarə edilməsi bacarıqlarına malik olmaq; 
  7. Akademik etik davranış qaydalarına və universitetin korporativ dəyərlərinə sadiq olmaq.

 

Müraciət qaydası:

Tələbləri ödəyən bütün namizədlər müraciət edə bilərlər.

Maraqlanan şəxslər aşağıdakı link vasitəsilə elektron qeydiyyatdan keçərək tələb olunan bütün məlumatları tam şəkildə doldurmaqla müraciət edə bilərlər.

Son müraciət tarixi: 28.06.2026

Qeyd: Müsabiqə zamanı elmi dərəcəyə və ya elmi ada malik olan, elmi-tədqiqat fəaliyyəti ilə seçilən, beynəlxalq elmi bazalarda indekslənən nəşrlərin müəllifi olan, habelə müvafiq sahə üzrə peşəkar və istehsalat təcrübəsinə malik namizədlərin göstəriciləri əlavə üstünlük kimi nəzərə alınacaqdır.


Paylaş