×

News

News 17 Feb 2017
ADNSU-nun rektoru təhsillərini Fransada davam etdirəcək tələbələrlə görüşüb

Fevralın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı təhsillərini Fransanın Renn Ali Kimya Məktəbində davam etdirəcək tələbələrlə görüşüb.

Xarici universitetlərlə əlaqələrin qurulması və tələbə mübadiləsinin hər zaman diqqətdə saxlandığını vurğulayan rektor M.Babanlı gənclərimizin xarici universitetlərdə ali təhsil almaq imkanı qazanmasının nəinki universitet eləcə də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Seçilmiş tələbələrin SABAH qruplarından olmasının olduqca sevindirici hal olduğunu qeyd edən rektor M.Babanlı tələbələrə biliklərini hər zaman artırmağı və öz üzərlərində müntəzəm işləməyi tövsiyyə edib. Xarici ölkədə təhsil almağın məsuliyyətli, lakin bir o qədər də şərəfli olduğunu diqqətə çatdıran rektor tələbələrlə öz təcrübəsini bölüşüb və bu məsuliyyətli yolda məsləhətlərini verib. Milli təəssübkeşliyin və vətənə bağlı olmağın çox önəmli olduğunu qeyd edən rektor M.Babanlı tələbələrə Azərbaycanı sərhədlərimizdən kənarda layiqincə təmsil etməyi və yüksək bilikli mütəxəssis kimi vətənə dönməyi tövsiyyə edib.

Qeyd edək ki, ADNSU-nun SABAH qruplarının Kimya Texnologiyaları fakültəsinin “Kimya mühəndisliyi” ixtisasının 2 tələbəsi –  Könül Bəşirova və Gülzar Qasımova təhsillərini Fransanın Renn Ali Kimya Məktəbində davam etdirəcəklər.


Share