×

Xəbərlər

Xəbərlər 22 Jul 2026
ADNSU tələbələri “Xsolla – IDDA Game Incubation Program”ın qalibləri sırasında yer alıblar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrindən ibarət “Bloodbuz” komandası Xsolla şirkəti və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən həyata keçirilən “Xsolla – IDDA Game Incubation Programı”nın qalibləri sırasında yer alıb.

Üç ay davam edən inkubasiya proqramı çərçivəsində iştirakçı komandalar oyun sənayesinin aparıcı beynəlxalq ekspert və mentorlarının dəstəyi ilə layihələrini inkişaf etdiriblər. Proqramın yekununda keçirilən Demo Day mərhələsində seçilən ən uğurlu komandalar sırasında yer alan “Bloodbuz” komandası dünyanın ən böyük və ən nüfuzlu beynəlxalq oyun sənayesi tədbirlərindən biri olan Gamescom 2026 sərgisində iştirak etmək hüququ qazanıb.

Gamescom 2026 cari ilin 23–29 avqust tarixlərində Almaniyanın Köln şəhərində keçiriləcək. Dünyanın aparıcı oyun studiyalarını, texnologiya şirkətlərini, investorları və oyun sənayesi nümayəndələrini bir araya gətirən bu beynəlxalq platformada “Bloodbuz” komandası Azərbaycanı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetini təmsil edəcək.

Komandanın tərkibində ADNSU tələbələri Tural Piriyev, Qasid Nərimanlı, İbrahim Qurbanov yer alırlar.

Qazanılan bu uğur ADNSU tələbələrinin oyun texnologiyaları və rəqəmsal innovasiya sahəsində beynəlxalq səviyyədə rəqabət qabiliyyətini, yaradıcı potensialını və innovativ yanaşmasını bir daha nümayiş etdirir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələrini bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, Gamescom 2026 sərgisində onlara uğurlar və yeni beynəlxalq nailiyyətlər arzulayır!


Paylaş