×

Xəbərlər

Xəbərlər 27 Jul 2026
ADNSU müəllimləri Pekində keçirilən beynəlxalq forumda iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəllimləri – dosent Fəridə Hüseynova və dosent Aynur Cəbiyeva 23–26 iyul tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən IX Qlobal İngilis Təhsili Çin Assambleyası Forumunda iştirak ediblər.

Forumun əsas mövzularından biri “Süni intellekt dövründə xarici dil təhsili: humanist öhdəlik və sivilizasiya missiyası” olub. Tədbir Şanxay Beynəlxalq Araşdırmalar Universiteti, “China Daily” və Pekin Xarici Araşdırmalar Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Forum çərçivəsində süni intellekt texnologiyalarının xarici dil tədrisinə təsiri, təhsil prosesində tənqidi düşüncə, yaradıcılıq və emosional intellekt bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti, həmçinin ingilis dilinin tədrisi sahəsində qabaqcıl beynəlxalq təcrübələr müzakirə olunub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan alimlər, müəllimlər və təhsil ekspertləri iştirak edərək xarici dil təhsilinin gələcək inkişaf istiqamətləri, innovativ tədris metodları və süni intellekt əsaslı yanaşmalar barədə fikir mübadiləsi aparıblar.


Paylaş