Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) idarəetmənin səmərəliliyinin artırılması, akademik fəaliyyətin müasir tələblərə və əmək bazarının dəyişən ehtiyaclarına uyğuntəşkili, eləcə də struktur bölmələri arasında koordinasiyanın gücləndirilməsi məqsədilə genişmiqyaslı struktur yenilənməsi həyata keçirilib.
ADNSU Elmi Şurasının qərarına əsasən, universitetin təşkilati strukturu optimallaşdırılıb, fakültə və kafedraların fəaliyyət istiqamətləri yenidən formalaşdırılıb. Dəyişikliklər nəticəsindəfakültələrin sayı 7-dən 6-ya, kafedraların sayı isə 24-dən 18-ə endirilib. Eyni zamanda Xarici dillər mərkəzi və AZİU Biznes Məktəbi yaradılıb.
Universitetin yenilənmiş strukturunda aşağıdakı fakültələrfəaliyyət göstərəcək:
• Rəqəmsal texnologiyalar fakültəsi
• Yer elmləri və neft mühəndisliyi fakültəsi
• Kimya texnologiyaları fakültəsi
• Sənaye mühəndisliyi fakültəsi
• Energetika fakültəsi
• Biznes və idarəetmə fakültəsi
Struktur dəyişiklikləri çərçivəsində yeni yaradılan Rəqəmsal texnologiyalar fakültəsinə dekan, fakültənin üç kafedrasına isə müdirlər təyin olunub.
Fizika-riyaziyyat elmləri namizədi, professor Araz Əliyev ADNSU-nun Rəqəmsal texnologiyalar fakültəsinin dekanı təyinedilib. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyatfakültəsini fərqlənmə diplomu ilə bitirən Araz Əliyevin 27 ildən artıq elmi-pedaqoji təcrübəsi var. O, Bakı Dövlət Universitetində müəllim, dosent və professor, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi kimi çalışıb. 2016-cı ildən ADNSU-nun Ümumi və tətbiqi riyaziyyat kafedrasına rəhbərlik edib. Araz Əliyev 2020-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Teknika üzrə fəlsəfə doktoru, dosent Nigar İsmayılova Kompüter elmləri mühəndisliyi kafedrasının müdiri təyinolunub. ADNSU-da tətbiqi riyaziyyat və riyazi modelləşdirməüzrə təhsil alan Nigar İsmayılovanın təxminən 16 illik elmi-pedaqoji təcrübəsi var. O, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda sektor müdiri, ADNSU-da baş müəllim və dosent, universitetin HPC Mərkəzində isə elmi-təşkilati işlər üzrə icraçı kimi çalışıb. Nigar İsmayılova 2016-cı ildə “İlin gənci” mükafatına layiq görülüb, Erasmus və “Horizon 2020” proqramlarında iştirak edib.
Texnika üzrə fəlsəfə doktoru Əziz Nuriyev İnformasiya texnologiyaları kafedrasının müdiri təyin olunub. ADNSU-nun Avtomatlaşdırılmış informasiya emalı və idarəetmə sistemləri ixtisasının məzunu olan Əziz Nuriyevin 32 ilə yaxın əmək təcrübəsi var. O, 1994–2020-ci illərdə dövlət qurumlarında informasiya sistemləri, rəqəmsal infrastruktur və informasiya təhlükəsizliyi sahələrində çalışıb. Daha sonra Xəzər Universitetində informasiya sistemləri meneceri, ADNSU-da şəbəkə administratoru və Rəqəmsal texnologiyalar sektorunun rəhbəri kimi fəaliyyət göstərib.
Riyaziyyat üzrə elmlər doktoru, professor Elnur Xəlilov Riyaziyyat kafedrasının müdiri təyin olunub. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin məzunu olan Elnur Xəlilovun 26 ilə yaxın elmi-pedaqoji təcrübəsi var. O, 2000-ci ildən ADNSU-da böyük laborant, assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. Elnur Xəlilov riyaziyyat üzrə çoxsaylı elmi məqalələrin, dərs vəsaitlərinin və metodik nəşrlərin müəllifidir.
Yeni təyinatların Rəqəmsal texnologiyalar fakültəsində tədris və elmi-tədqiqat fəaliyyətinin inkişafına, müasir rəqəmsaltexnologiyalar üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına vəuniversitetin rəqəmsal transformasiya hədəflərinin həyata keçirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.