×

Xəbərlər

Xəbərlər 29 Jul 2026
ADNSU-nun 41 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan–Fransız Universitetinin (UFAZ) 41 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanaraq xarici ölkələrin nüfuzlu universitetlərində magistratura və doktorantura təhsili alacaq.

Belə ki, 2026–2027-ci tədris ili üzrə Dövlət Proqramının nəticələrinə əsasən, ADNSU və UFAZ məzunlarından 36 nəfər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, 3 nəfər Amerika Birləşmiş Ştatlarında, 1 nəfər Sinqapur Respublikasında, 1 nəfər isə Avstraliya İttifaqında təhsilini davam etdirəcək.

2027-ci il üzrə QS World University Rankings reytinqinə əsasən, məzunların 12 nəfəri ilk onluqda, 28 nəfəri ilk əllilikdə, 39 nəfəri isə ilk yüzlükdə qərarlaşan ali təhsil müəssisələrində təhsillərini davam etdirəcək.

Qeyd edək ki, Dövlət Proqramının əsas məqsədi gənclərin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dəstək vermək və ölkənin inkişafına töhfə verəcək yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etməkdir.


Paylaş