×

Xəbərlər

Xəbərlər 09 Aug 2026
ADNSU tələbələri Çində keçirilən "RobotChallenge 2026" beynəlxalq yarışında III yeri tutub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrindən ibarət "AIRT" (Azerbaijan Intelligent Robotics Technologies) komandası Çində təşkil olunan "RobotChallenge 2026" beynəlxalq robototexnika yarışında uğur qazanıb.

Dünyanın müxtəlif ölkələrindən gələn güclü rəqiblərin mübarizə apardığı beynəlxalq yarışın final mərhələsində uğurla çıxış edən ADNSU-nun "AIRT" komandası “Freestyle” kateqoriyasında III yeri tutaraq bürünc medala layiq görülüb.

Qeyd edək ki, "AIRT" komandası bundan əvvəl"RobotChallenge Azerbaijan 2026" milli mərhələsindəqalib gələrək ölkəmizi beynəlxalq arenada təmsiletmək hüququ qazanmışdı. 2004-cü ildən etibarənkeçirilən "RobotChallenge" dünya miqyasında 80-dən çox ölkədən minlərlə gənc mühəndis və tədqiqatçını biraraya gətirən ən nüfuzlu qlobal robototexnikafestivallarından biri hesab olunur.

ADNSU tələbələrinin beynəlxalq miqyasda qazandığıbu yüksək nailiyyət universitetdə formalaşaninnovasiya ekosisteminin, robototexnika sahəsindəaparılan məqsədyönlü tədris-elmi fəaliyyətin vəAzərbaycan gəncliyinin artan intellektual potensialınınbariz göstəricisidir.


Paylaş