×

Xəbərlər

Xəbərlər 26 Jul 2026
ADNSU məzunu və müəllimi telekommunikasiya şirkətinə rəhbər təyin olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu və müəllimi Fərid Mehdi ölkənin qabaqcıl telekommunikasiya şirkətlərindən biri olan “Konnekt” QSC-nin (“Connect”) direktoru təyin edilib. Fərid Mehdi yeni vəzifəsinin icrasına 2026-cı ilin ikinci yarısından başlayıb. O, eyni zamanda “Azera Holdinq”ə daxil olan “AZnet” şirkətinin baş icraçı direktoru vəzifəsində fəaliyyətini davam etdirir.

Fərid Mehdi bundan əvvəl “Novelty Service” QSC, “Tech Mach” MMC, “Binə Aqro” QSC, “PMD Group”, “Holcim Azərbaycan” və “Unibank”da müxtəlif rəhbər və maliyyə idarəçiliyi vəzifələrində çalışıb.

Peşəkar fəaliyyəti ilə yanaşı, Fərid Mehdi 10 ildən artıqdır ADNSU-nun MBA proqramında müəllim kimi fəaliyyət göstərir və iqtisadiyyat fənnini tədris edərək bilik və təcrübəsini tələbələrlə bölüşür.

Qeyd edək ki, 2005-ci ildən fəaliyyət göstərən “Konnekt” QSC Azərbaycanda internet və digər telekommunikasiya xidmətləri təqdim edən qabaqcıl şirkətlərdən biridir.


Paylaş