×

Xəbərlər

Xəbərlər 14 Aug 2026
ADNSU Abituriyent Məsləhət Mərkəzi abituriyentlərə ixtisas seçimində dəstək göstərir

Avqustun 12-dən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Abituriyent Məsləhət Mərkəzində abituriyentlər və onların valideynləri üçün ixtisas seçimi ilə bağlı məsləhət xidmətləri göstərilir.

Avqustun 19-dək davam edəcək xidmət çərçivəsində abituriyentlər mütəxəssislərə müraciət edərək ixtisaslar, onların perspektivləri, müxtəlif universitetlərdə təhsil imkanları və gələcək karyera istiqamətləri barədə ətraflı məlumat əldə edə bilirlər.

İxtisas seçimi  zamanı abituriyentlərin topladıqları bal, maraq və istəkləri, eləcə də gələcək karyera hədəfləri nəzərə alınaraq onlar üçün uyğun ixtisas seçimləri müəyyənləşdirilir. Eyni zamanda, əmək bazarının tələbləri və gələcək karyera perspektivləri barədə fərdi tövsiyələr verilir.

Qeyd edək ki, ADNSU Abituriyent Məsləhət Mərkəzinin əsas məqsədi abituriyentlərin ixtisas seçimində düzgün qərar vermələrinə dəstək olmaq, onları yalnız mövcud seçimlər haqqında məlumatlandırmaq deyil, həm də gələcək təhsil və karyera istiqamətlərini daha şüurlu şəkildə müəyyənləşdirmələrinə kömək etməkdir.


Paylaş