Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana-İnformasiya Mərkəzində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum gününə həsr olunmuş sərgi təşkil edilib.
Sərgidə Mehriban Əliyevanın ölkənin ictimai-siyasi, mədəni və sosial həyatında həyata keçirdiyi çoxşaxəli fəaliyyətini, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və təbliği istiqamətində gördüyü mühüm işləri əks etdirən 20-dən çox nəşrlər, kitablar və digər informasiya materialları nümayiş olunur.
Onun rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr sosial, humanitar, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına mühüm töhfələr verir, Azərbaycanın beynəlxalq miqyasda tanıdılmasına xidmət edir.
Mehriban xanım Əliyevanın doğum gününə həsr olunmuş sərgi avqust ayının 31-dək davam edəcək.