Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə(ADNSU) “Study in Azerbaijan” platforması vasitəsilə qəbul olunan beynəlxalq tələbələr üçün yeni təqaüd imkanı yaradılıb.
Proqram çərçivəsində 30 əcnəbi tələbəyə üç ay müddətində aylıq 200 ABŞ dolları məbləğində təqaüd veriləcək.
Təqaüd imkanı Azərbaycanda ali təhsil almaq istəyənəcnəbi tələbələrin dəstəklənməsinə, onların ölkənin ali təhsil mühitinə cəlb olunmasına və ADNSU-da təhsil imkanlarının təşviqinə yönəlib.
Əcnəbi tələbələr “Study in Azerbaijan” platforması vasitəsilə ADNSU-da təhsil imkanları və təqaüd proqramı barədə ətraflı məlumat əldə edə bilərlər.