×

Xəbərlər

Xəbərlər 04 Sep 2026
ADNSU-da doktoranturaya qəbul imtahanları keçirilib

1-3 sentyabr 2026-cı il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilib.

İmtahanlarda ADNSU ilə yanaşı, Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Neft-Qaz Geologiyası və Tədqiqat Layihələri Elmi-Tədqiqat İnstitutu (NQGTP ETİ), həmçinin Müdafiə Sənayesi Nazirliyinin Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzindən olan iddiaçılar iştirak ediblər.

Ümumilikdə, imtahana 417 iddiaçı buraxılıb. Onlardan 366 nəfər imtahanda iştirak edib, 349 nəfər “məqbul” qiymət alıb. Beləliklə, imtahanda iştirak edənlərin 95,4 faizi uğurlu nəticə göstərib.

İmtahan nəticələri 7 nəfərdən ibarət komissiya tərəfindən qiymətləndirilib.

İmtahan prosesi yüksək təşkilati səviyyədə, şəffaf və obyektiv şəkildə həyata keçirilib.

 


Paylaş