×

Xəbərlər

Xəbərlər 09 Sep 2026
ADNSU-da yeni işə qəbul olunan müəllimlər üçün akademik adaptasiya təlimləri keçirilir

Sentyabrın 7-dən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində AZİ Akademiyanın təşkilatçılığı ilə adaptasiya proqramı çərçivəsində yeni tədris ilinə hazırlıq məqsədilə tədris bacarıqlarının inkişafı üzrə təlimlər təşkil olunur

Proqram çərçivəsində Elm və innovasiya məsələləri üzrə prorektor Elviz İsmayılov, Tədrisin təşkili şöbəsindən Əmirxan Qəmbərov, Akkreditasiya və keyfiyyət təminatı şöbəsinin müdiri Gülnar Cəfərova, İnformasiya və statistika şöbəsindən Həcər Eldarova, eləcə də Elektron təhsil və monitorinq şöbəsinin müdiri Cəfər Sadıqzadə iştirakçılara öz sahələri üzrə təlim keçiblər.

Keçirilən təlimlərdə tədris prosesinin təşkili, təhsilin keyfiyyət standartları, elmi-innovativ fəaliyyət və elektron təhsil platformalarından istifadə qaydaları diqqət mərkəzində saxlanılıb, həmçinin müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təlimlərin keçirilməsində əsas məqsəd yeni pedaqoji heyətin universitetin akademik mühitinə uyğunlaşmasına və onların müasir tədris bacarıqlarının inkişafına dəstək göstərməkdən ibarətdir.

 


Paylaş