Sentyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2026-cı il üzrə mülki müdafiə tədbirlər planına uyğun olaraq rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.
“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşq çərçivəsində idarəetmə məntəqəsi hazır vəziyyətə gətirilib, daxili növbətçilik təşkil olunub, rəhbər heyətin funksional vəzifələri nəzərdən keçirilib. Həmçinin Fövqəladə komissiyanın üzvləri ilə məşğələlər keçirilib, müvafiq sənədlər hazırlanaraq iştirakçılara çatdırılıb.
Məşqdə universitetin struktur, bölmə rəhbərləri, Mülki müdafiə qərargahı, fakültə dekanları, komandir-rəis heyəti və digər aidiyyəti şəxslər iştirak ediblər.
Məşq çərçivəsində iştirakçılara şərti siqnallar çatdırılıb, daxil olan məlumatlar qəbul edilərək ümumiləşdirilib. Həmçinin məşqin operativ idarə olunması məqsədilə ümumiləşdirmə və planlaşdırma, informasiya və rabitə qrupları tərəfindən müvafiq məlumatlar təqdim edilib.