×

Xəbərlər

Xəbərlər 14 Sep 2026
ADNSU-da yeni tədris ilinə hazırlıq məqsədilə müəllimlər üçün keçirilən akademik adaptasiya təlimləri başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AZİ Akademiyanın təşkilatçılığı ilə akademik adaptasiya proqramı çərçivəsində yeni müəllimlər üçün keçirilən təlimlər başa çatıb.

Beş gün davam edən təlimlərə bu tədris ilindən ADNSU-da dərs deyəcək 33 müəllim cəlb olunub. Təlimlər çərçivəsində İnformasiya və statistika şöbəsinin müdiri Həcər Eldarova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Həbibə Nəzirova, Ümumi şöbənin aparıcı mütəxəssisi Halə Əzimzadə, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli, Təcrübə şöbəsinin müdiri Zümrüd Hüseynova, Elm departamentinin direktoru Əli Əli-zadə, Start-up və TTO şöbəsinin müdiri Əhməd Əhmədzadə və Kitabxana-informasiya mərkəzinin müdiri Səlahət Mahmudova tərəfindən müəllimlərə təlimlər keçirilib.

Proqram çərçivəsində iştirakçılara müvafiq struktur bölmələrin fəaliyyət istiqamətləri, universitetdə iş və tədris prosesinin təşkili, məlumat və statistika ilə iş, beynəlxalq əlaqələr,institusional kommunikasıya, sənaye ilə əlaqələr və tələbələrin təcrübə imkanları, elmi fəaliyyət imkanları və tədqiqat iustiqamətləri, həmçinin startap ideyalarının və texnologiyaların transferi, kitabxana-informasiya resurslarından istifadə ilə bağlı geniş məlumatlar təqdim olunub.

Təlimlər zamanı iştirakçıların sualları cavablandırılıb, yeni müəllimlərin universitetdə fəaliyyətinə dair praktiki məlumatlar verilib və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, proqramın əsas məqsədi yeni tədris ilindən pedaqoji heyətin universitetin akademik mühitinə uyğunlaşmasına və müasir tədris bacarıqlarının inkişafına dəstək göstərmək olub.

 


Paylaş