×

Xəbərlər

Xəbərlər 14 Sep 2026
ADNSU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif edilib

ADNSU-nun Biznesin idarə edilməsi üzrə magistr (MBA) proqramının II kurs tələbəsi, Fələstin vətəndaşı Silina Nassar yüksək akademik göstəricilərinə görə sertifikatla təltif olunub.

Silina Nassar “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində Azərbaycanda təhsil alır. O, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib.

Konfrans çərçivəsində yüksək akademik göstəriciləri ilə fərqlənən tələbələrə sertifikatlar təqdim olunub. Silina Nassarın sertifikatı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və elm və təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb.

 


Paylaş