“SOCAR Upstream Management International” (SUMI) şirkətinin təşkil etdiyi, gənc mühəndislərin peşəkar inkişafına və neft-qaz sənayesi üzrə praktiki biliklərinin artırılmasına yönəlmiş “Engineering Bootcamp” proqramı uğurla başa çatıb.
3 avqust – 2 sentyabr 2026-cı il tarixlərində keçirilən bir aylıq proqramda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Ali Neft Məktəbi (BANM), UFAZ və Xəzər Universitetindən ümumilikdə 20 tələbə, iştirak edib. Onlaradn 6-sı ADNSU-nun 6 tələbəsidir.
Proqram çərçivəsində iştirakçılar neft-qaz sənayesinin aktual istiqamətləri üzrə nəzəri və praktiki biliklər əldə edib, SUMI-nin müxtəlif funksiyaları və iş prosesləri ilə yaxından tanış olublar. Təlim sessiyaları və mentor görüşləri iştirakçılara real iş mühitini yaxından tanımaq, sahə üzrə mütəxəssislərin təcrübəsindən faydalanmaq və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı yaradıb.
Proqramın yekun mərhələsində iştirakçılar əldə etdikləri bilik və təcrübələr əsasında layihələr hazırlayaraq təqdim ediblər.
“Engineering Bootcamp” gənc mühəndislərin neft-qaz sənayesinə dair biliklərinin möhkəmləndirilməsi, praktiki bacarıqlarının inkişaf etdirilməsi və gələcək peşəkar inkişaflarına töhfə verilməsi baxımından əhəmiyyətli platforma olub.