Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Süni intellekt texnologiyalarının elmi-tədqiqat və analitik fəaliyyətlərdə səmərəli tətbiqinə həsr olunmuş üç metodoloji vəsait təqdim edilib.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Elmi Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən hazırlanmış “Elmi tədqiqatda Süni intellekt: praktik metodoloji rəhbərlik”,“Dövlət idarəetməsində süni intellekt: praktik iş rəhbərliyi” və “Slash-Komandalar: süni intellektlə işdə prompt qısayollarının sistemləşdirilmiş kataloqu və tətbiq qaydaları” adlı nəşrlər süni intellekt alətlərindən elmi-tədqiqat, idarəetmə və analitik fəaliyyətlərdə səmərəli, təhlükəsiz və məsuliyyətli istifadəyə dair metodoloji və praktiki yanaşmaları əhatə edir.
Vəsaitlər elmi işçilər, doktorantlar, magistrantlar, tədqiqatçılar və digər əməkdaşlar üçün faydalı elmi-metodoloji mənbə olmaqla, müasir rəqəmsal bacarıqların inkişafına və süni intellekt texnologiyalarından düzgün istifadəyə dəstək verir.
Nəşrlərlə WeTransfer keçidi https://we.tl/t-H9QnX7C0A30O4qmO və ya İnstitutun rəsmi internet saytı https://esri.gov.az/ vasitəsilə tanış ola bilərsiniz.
Eləcə də hər 3 nəşr Kitabxana İnformasiya Mərkəzinin elektron bazasına daxil edilib. Kitabxananın elektron qeydiyyatından keçmiş bütün istifadəçiləri təqdim olunan resurslardan yararlana bilərlər.