Sentyabrın 16-dan yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kitabxana İnformasiya Mərkəzində “15 sentyabir- Bilik günü” adlı kitab sərgisi təşkil edilib.
Sərgidə 2025/2026-ci tədris ili ərzində Kitabxana İnformasiya Mərkəzinin fonduna daxil olmuş müxtəlif mövzulu və elm sahələrini əhatə edən yeni nəşrlər təqdim olunur. Burada dərslik və dərs vəsaitləri, monoqrafiyalar, statistik və iqtisadi göstəricilər, jurnallar və digər informasiya resursları nümayiş etdirilir.
Nəşrlər texniki və iqtisadiyyat, ictimai-siyasi, bədii və digər istiqamətləri əhatə edir. Sərgidə Azərbaycan, rus və ingilis dillərində 70 dan çox kitab və jurnal təqdim olunur.
Sərgi çərçivəsində universitetin professor-müəllim heyəti və tələbələrinə Kitabxana İnformasiya Mərkəzinin fondu və elektron resursları, həmçinin istifadəyə açıq olan beynəlxalq elektron məlumat bazaları, nüfuzlu nəşriyyatlar və onların təqdim etdiyi elmi informasiya resursları barədə məlumat verilir.
“Bilik Günü”nə həsr olunmuş sərgi sentyabrın 22-dək davam edəcək.