×

Xəbərlər

Xəbərlər 17 Sep 2026
ADNSU-da “ENGINEXT 2026- Mühəndislik düşərgəsi” başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Məzunlarla iş və Karyera Mərkəzinin təşkilatçılığı ilə II və III kurs bakalavr tələbələri üçün keçirilən ENGINEXT 2026 üçgünlük inkişaf düşərgəsi başa çatıb.

Düşərgənin son günündə tələbələr üçün ADNSU-da karyera və peşəkar inkişaf mövzusunda təlim keçirilib. “SOCAR Polymer” MMC-nin Təlim və İnkişaf üzrə meneceri Nərgiz Səlimova və Təlim və İnkişaf üzrə böyük mütəxəssisi Natavan Mahmudovanın apardığı təlimdə karyera planlaşdırılması, peşəkar inkişaf və iş mühitində inkişaf imkanları barədə məlumat verilib. İnteraktiv sessiyada tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Proqramın ikinci hissəsində tələbələr “SOCAR Polymer” MMC-nin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen (HDPE) zavodlarına səfər ediblər. Səfər zamanı iştirakçılar istehsal prosesləri, müəssisədə tətbiq olunan texnologiyalar və iş mühiti ilə tanış olublar.

Üç gün davam edən düşərgə çərçivəsində tələbələr üçün karyera və şəxsi inkişaf, mühəndislik bacarıqları və sənaye mühiti ilə bağlı müxtəlif təlim və praktiki sessiyalar təşkil edilib, müəssisələrə səfərlər keçirilib.

Düşərgənin yekununda ADNSU-nun rekoru, dosent Rüfət Əzizov tərəfindən iştirakçılara sertifikatlar təqdim edilib.

ENGINEXT 2026 tələbələrin peşəkar inkişafına töhfə verməklə yanaşı, onların sənaye nümayəndələri ilə birbaşa ünsiyyət qurmasına, real iş mühiti ilə tanış olmasına və gələcək karyera istiqamətləri barədə məlumatlarını genişləndirməsinə şərait yaradıb.

 


Paylaş