17–18 sentyabr tarixlərində SABAH.city innovasiya şəhərciyində “Baku ID 2026” innovasiya festivalı keçirilir.
İnnovasiya və texnologiyaların inkişafına, startap ekosisteminin gücləndirilməsinə və yeni texnoloji həllərin təqdimatına həsr olunan festival çərçivəsində panel müzakirələri, çıxışlar, startap təqdimatları və müxtəlif sessiyalar təşkil olunur.
Festivalda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qruplarında təhsil alan tələbələrin hazırladığı “PhantomX”, “ASTRYX” və “SATELLA” startap layihələri təqdim olunub.
ADNSU tələbələrinin təqdim etdiyi layihələr festival iştirakçılarının marağına səbəb olub.