×

Xəbərlər

Xəbərlər 18 Sep 2026
“Rəqəmsal körpü” Təcrübə proqramının qalibləri arasında 211 iştirakçıdan 86 nəfəri ADNSU tələbəsi olub

AZCON Holdinq tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan “Rəqəmsal körpü” Təcrübə proqramının hər iki sessiyasında ADNSU tələbələri yüksək fəallıq göstərib.

Proqramın I sessiyasında ümumilikdə 44 (7 UFAZ olmaqla), II sessiyasında isə 42 (2 UFAZ olmaqla) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi qalib seçilib. Hər iki sessiya üzrə ümumilikdə 211 iştirakçıdan 86 nəfəri ADNSU tələbəsi olub. Onlardan 77 nəfəri ADNSU, 9 nəfəri isə UFAZ tələbəsidir. 

Proqramın II sessiyası 1 iyul – 11 sentyabr 2026-cı il tarixlərini əhatə edib. 11 sentyabr 2026-cı il tarixində proqramın II sessiyasının bağlanış tədbiri keçirilib. Tədbirin sonunda ADNSU tələbələri proqram çərçivəsində əldə etdikləri təcrübə və nəticələri əks etdirən təqdimatla çıxış ediblər. 

Eyni zamanda, proqramın hər iki sessiyasında qaliblər arasında ADNSU tələbələri ən yüksək təmsilçiliyə malik olublar. Bağlanış tədbirində ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxış edərək proqramın tələbələr üçün əhəmiyyətindən danışıb və qalibləi təbrik edib.

Proqram çərçivəsində iştirakçılara AZCON Holdinqin nəzdində olan müxtəlif qurumlarda real iş mühitində təcrübə qazanmaq, öz sahələri üzrə təcrübəli mütəxəssislərlə birgə çalışmaq, mentor dəstəyindən, müxtəlif təlim və inkişaf imkanlarından yararlanmaqla yanaşı, təcrübə müddətində təqaüd əldə etmək imkanı da yaradılıb.


Paylaş