×

Xəbərlər

Xəbərlər 19 Sep 2026
ADNSU-da THİK-ə yeni sədr seçilib

İntiqam Quliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri seçilib.

İntiqam Quliyev ADNSU-da “Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili alır. O, 2021–2023-cü illərdə ADNSU nəzdində Bakı Neft-Energetika Kollecində “Neft və qaz yataqlarında geoloji-geofiziki işlər” ixtisası üzrə subbakalavr təhsili alıb.

Tələbə təşkilatçılığı və gənclərlə iş sahəsində təcrübəyə malik olan İ.Quliyev 2023-cü ildən ADNSU Tələbə Gənclər Təşkilatında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. O, təşkilatın “Geoloji Kəşfiyyat” fakültəsi üzrə sədr müavini vəsədri, daha sonra isə baş katibi və sədri olub. Bu müddət ərzində müxtəlif layihə və tədbirlərin təşkili, könüllü komandaların idarə olunması və tələbə təşəbbüslərinin dəstəklənməsində iştirak edib.

İntiqam Quliyev 2025-ci ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “İlin TGT sədri” nominasiyasına layiq görülüb. O, həmçinin müxtəlif dövlət qurumları və təşkilatlar tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.

Yeni sədrə fəaliyyətində uğurlar arzulayırıq.


Paylaş