×

Xəbərlər

Xəbərlər 21 Sep 2026
ADNSU-nun Kitabxana İnformasiya Mərkəzində “Dövlət Suverenliyi Günü” adlı kitab sərgisi təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetin (ADNSU) Kitabxana İnformasiya Mərkəzində 20 sentyabr “Dövlət Suverenliyi Günü” adlı kitab sərgisi təşkil olunub.

Sərgidə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası ilə bağlı nəşrlər, 44 günlük Vətən müharibəsinin tarixi, Azərbaycan Ordusunun qazandığı

Zəfər, qələbəmizin əldə olunmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi siyasəti, şəhidlərimizin döyüş yolu, eləcə də Qarabağın işğaldan azad olunması və ölkəmizin suverenliyinin tam bərpa edilməsi haqqında 60-dan çox kitab və digər nəşrlər nümayiş etdirilir.

Sərginin əsas məqsədi tələbə və əməkdaşları Azərbaycanın müasir tarixinin mühüm hadisələri, dövlətçilik ənənələri, Vətən müharibəsi və Zəfər salnaməsi haqqında nəşrlərlə tanış etmək, gənc nəslin tarixi yaddaşının və milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsinə töhfə verməkdir.

Qeyd edək ki, sərgi 25 sentyabr 2026-cı il tarixinədək Kitabxana İnformasiya Mərkəzində ziyarətçilər üçün açıq olacaq. 

 


Paylaş