17–18 sentyabr tarixlərində SABAH.city innovasiya şəhərciyində “Baku ID 2026” innovasiya festivalı keçirilib.
Festival çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov panel sessiyada çıxış edib. Çıxış zamanı universitetlərin mühəndislik və enerji sahəsində mövcud bilik və tədqiqatların kommersiyalaşdırılmasında, innovativ texnologiyaların və startapların inkişafında rolundan bəhs olunub.
Panel sessiya zamanı həmçinin EnergyTech sahəsi üçün mühəndislik, texnologiya və sahibkarlıq bacarıqlarını birləşdirən yeni nəsil mütəxəssislərin hazırlanması, universitetlərin innovasiya və sənaye transformasiyasına töhfəsi barədə fikir mübadiləsi aparılıb. Həmçinin, universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, tədqiqat nəticələrinin praktik tətbiqinin genişləndirilməsi və gənclərin innovasiya və sahibkarlıq fəaliyyətinə cəlb olunmasının əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, ADNSU-nun rektoru, eləcə də qonaqlar “SABAH.city” layihəsi çərçivəsində yaradılan ADNSU Mərkəzindəki laboratoriyalarla, müasir tədris və elmi-tədqiqat infrastrukturu ilə yaxından tanış olublar.